Zaxarova: Məcburi rumınlaşdırma prosesi gedir

11:57 22.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Moldova Prezidenti Maya Sandunun administrasiyası, Avropa Birliyinin göstərişi ilə, Rumıniyanın maraqları naminə ölkənin kimliyini məhv edir".

Hafta.az xəbər verir ki, bu fikri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.  

Qeyd edək ki, ötən ayın 24-də Rumıniya parlamentinin aşağı palatası ölkənin Moldova ilə birləşməsi ilə bağlı danışıqların başlanmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Zaxarovanın sözlərinə görə, qərara cavab olaraq Moldova hakimiyyəti moldovanları rumın adlandırıb və orada moldovan dilinin olmadığını bildirib:

"Məcburi rumınlaşdırma prosesi gedir... Məhz bu kimlik mədəniyyəti məhv edilir".